Avropa Olimpiya Komitəsinin prezidenti vəfat edib

Avropa Olimpiya Komitəsinin prezidenti vəfat edib

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Yanez Koçiyançiç 79 yaşında dünyasını dəyişib.

"Report"un EOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb uzun sürən xəstəlikdir.

Sloveniyalı funksioner quruma 2017-ci ildən rəhbərlik edirdi. 2015-ci ildən isə o, EOC İcraiyyə Komitəsinin üzvü idi. Koçiyançiç Minsk-2019 II Avropa Oyunlarının və Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilinə rəhbərlik edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər