Yeni qatarlar gətirilir - VİDEO

Yeni qatarlar gətirilir - VİDEO
Rusiya 20 vaqondan ibarət 4 metro qatarını Bakıya yola salıb

Rusiyanın “Metrovaqonmaş” müəssisəsi 20 vaqondan ibarət 4 metro qatarını Bakıya yola salıb.

Holdinqin məlumatına görə, yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir.

Sağlamlıq imkanları məhdud sərnişinlər, uşaq arabaları və velosipedlər üçün xüsusi yerlər də nəzərdə tutulub. Yeni vaqonlar səs-küy və istilik izolyasiyası, yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub.

Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlər də quraşdırılıb.

“Metrovaqonmaş” müəssisəsi Bakı Metropoliteni üçün yaxın 3 ildə 60 vaqondan ibarət daha 12 qatar istehsal edəcək.

Hazırda Bakı metrosunda hərəkətdə olan 280 vaqonun 55-i müasir tiplidir. Yeni vaqonların gətirilməsindən sonra bu say 75-ə çatacaq. Metropoliten rəsmisinin sözlərinə görə, yeni vaqonların gətirilməsi üçün əsas şərt köhnələrinin istismar müddətini başa vurması, və ya yeni stansiyaların açılması ilə qatarlara tələbatın artmasıdır.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər