Vətəndaş məsuliyyətinin vacibliyi - VİDEO-2

Vətəndaş məsuliyyətinin vacibliyi - VİDEO-2
İri ticarət mərkəzlərində sosial izolyasiya qaydalarına əməl olunmur

İnsanları öyrətmək onları öyrənməkdən asandır deyiblər. İndi daha çox öyrənməli və öyrətməli olduğumuz sosial məsuliyyətdir.

Ticarət mərkəzinə gələn vətəndaşlar sosial məsuliyyətlərini ya unudublar ya da heç fərqində deyillər. Ən azı müşahidələrimiz bunu deməyə əsas verir.

Əvvələr pul kisəmizi, mobil telefonumuzu daha çox üsdümüzdə gəzdirirdiksə, indi bu siyahıya tibbi maskanıda əlavə etməliyik. Bu həmdə indiki dövrdə əməl etməli olduğumuz ən vacib qaydalardan biridir. Xəstəliksə gələndə isə gəlirəm , hazırlaş demir. Ən azı ona məğlub olmamaq üçün mübarizə aparmalıyıq.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən, sosial məsafəni gözləmək şərtiylə tibbi Maskaların taxılması qaydası həmçinin bazar, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində də şamil olunub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mart ayından başlayan karantin 15 iyun saat 00:00-dək uzadılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər