DGK-dan daha bir uğurlu əməliyyat

DGK-dan daha bir uğurlu əməliyyat
2 İran vətəndaşında 281 kq 435 qr narkotik vasitə heroin aşkar edilib

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Avstriya Respublikasına “kişmiş” yükü daşıyan iki ədəd “Daf” markalı yük avtomobillərində külli miqdarda narkotik vasitələrin gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Daxil olmuş məlumat əsasında Biləsuvar gömrük postunda ölkəmizdən tranzit keçməklə Avstriya Respublikasına “kişmiş” yükü aparan İran İslam Respublikası vətəndaşları Akbar Parvızın və Ramın Mashatlının idarə etdikləri yük avtomobilləri saxlanılaraq gömrük nəzarətinə cəlb olunublar. Avtomobillər rentgen qurğusunda yoxlanılıb. Baxış zamanı düzbucaq formalı yanacaq çənlərinin sonradan kustar üsulla iki hissəyə bölündüyü, həmin hissələrdən birində gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik, tərkibində narkotik maddə heroinin olduğu məhlul aşkarlanıb. Ümumilikdə, hər iki yük nəqliyyat vasitəsindən külli miqdarda,

281 kiloqram 435 qram narkotik vasitə-heroin aşkar edilib.

Nəqliyyat vasitələrinin sürücüləri cinayət hadisələrini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulub. Faktla bağlı araşdırma davam edir.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən