Karantin rejimində yumşalmalar - VİDEO

Karantin rejimində yumşalmalar - VİDEO
Avtomobil ehtiyat hissələri bazarı, iri TM-in fəaliyyəti bərpa olundu

Xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə iri ticarət mərkəzələrinin fəaliyyəti bərpa olundu. Bazarda ehtiyat hissələrinin satışı ilə məşğul olan mağaza sahibləri səhər saatlarından hazırlıq və təmizlik işlərinə başlayıblar.

Ehtiyyat hissələri bazarı ilə yanaşı,iri ticarət mərkəzlərinindədə fəaliyyəti bərpa olunub.

Fəaliyyətinin bərpa olunması ilə əlaqədar sahibkarların Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməsi vəziyyəti, ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrində qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

Həmçinin qeyd etmək lazımdır ki, Mayın 18-dən etibarən kafe və restoranlarında fəaliyyəti səhər 8:00-dan 18:00-dək bərpası müəyyən edilmişdi, lakin bu gündən etibarən restoranların iş vaxtıda saat 22:00-dək uzadıldı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər