Hava şəraiti dəyişəcək - VİDEO, YENİLƏNİB

Hava şəraiti dəyişəcək - VİDEO, YENİLƏNİB
Bakıda və Abşeron yarımadasında temperatur 4 dərəcə aşağı enəcək

Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova hava haqqında məlumat verir.

"Küləyin maksimal sürəti 15-20, arabir 23-28, yarımadanın bəzi yerlərində 30-33 metr saniyəyədək güclənəcəyi gözlənilir. Belə hava şəraiti bu gün davam edəcək. 30-31-i küləkli hava şəraiti davam edəcək. 31-i axşam saatlarında havanın qısamüddətli yağıntılı olacağı proqnozlaşdırılır. İyun ayının 1-də hava şəraitinin mülayimləşməsi gözlənilir. Gündüz saatlarında mülayim-cənub küləyi əsəcək. Bölgələrdə də yaxın 2 gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacaq", - deyə, Gülşad Məmmədova bildirib.

 

Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi,  lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq.

Mayın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. 

Səhər  bəzi yerlərdə  duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 16-21, gündüz  30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 30-u gündüzdən 31-i axşamadək  Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Digər xəbərlər
Bu gün
Dünən