Gürcüstanda koronavirusa yoluxanların sayı 757-yə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 757-yə çatdı

Gürcüstanda daha 11 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytı məlumat verir.

Ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 757-yə çatıb.

Koronavirus  səbəbi ilə 2966 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 600 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər