Tunisdə fövqəladə vəziyyət rejimi daha altı ay uzadılıb

Tunisdə fövqəladə vəziyyət rejimi daha altı ay uzadılıb

Tunis prezidenti Kays Sәid ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin daha altı ay müddətinə uzadılması barədə fərman imzalayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tunisdə fövqəladə vəziyyət rejimi 24 noyabr 2015-ci ildə, paytaxtın mərkəzində Daxili İşlər Nazirliyi və Turizm Nazirliyinin binaları yaxınlığında baş verən terror aktından sonra tətbiq edilib.

Terrorçu-kamikadzenin prezidentin mühafizə avtobusuna hücumu nəticəsində 13 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Əvvəlcə 30 gün tətbiq olunan fövqəladə vəziyyət rejimi davamlı olaraq uzadılıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər