Peruda son gün koronavirusa 6 506 nəfər yoluxub

Peruda son gün koronavirusa 6 506 nəfər yoluxub

Peruda ötən gün 6 506 nəfər “COVID-19”a yoluxub, 131 nəfər isə bu virusdan həyatını itirib. 

REAL “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə Peruda 148 285   təsdiqlənmiş “COVID-19” xəstəsi var və 4 230 nəfər bu virusun qurbanı olub.

Xatırladaq ki, yoluxma sayına görə Peru Latın Amerikası ölkələri arasında Braziliyadan sonra ikincidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər