Braziliya "COVID-19"dan ölənlərin sayına görə İspaniyanı keçdi

Braziliya

Braziliyada son sutka ərzində rekord sayda, 26 928 insan koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  465 min 166 njəfər yoluxub. Bu nəticə ilə ABŞ-dan sonra Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1 124 nəfər bu virusdan həyatını itirib. Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 27 878 nəfərə çatıb.  

Bu göstərici ilə Braziliya İspaniyanı geridə qoyub.

Artıq 4-cü gündür ki, gün ərzində ölkədə "COVID-19"dan ölənlərin sayı 1000 nəfərdən çox olur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər