Beynəlxalq yükdaşımada azalma - VİDEO

Beynəlxalq yükdaşımada azalma - VİDEO
Pandemiya dövründə yük avtomobilləri üçün problemlər yaranıb

4 ay ərzində "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" olan "TRACECA" ilə 16 milyon ton yük daşınıb. Bu isə ötən ilkindən təxminən iki faiz aşağıdır. Beynəlxalq daşımalarda azalmaya əsas səbəb isə pandemiya dövründə yük avtomobillərinin sərhəddə üzləşdikləri problemlərdir.

Avtomobil nəqliyyatı ilə daşımalardakı mövcud problemlər isə alternativ vasitələrə tələbatı artırıb. Bu səbəbdən də pandemiya müddətində dəmiryolu ilə daşımalar 20 faiz, dəniz nəqliyyatı ilə isə 22 faiz artıb.

Qeyd edək ki, "TRACECA"nın əsası 1998-ci ildə Bakıda imzalanan çoxtərəfli sazişlə qoyulub. Nəqliyyat dəhlizi Avropa və Asiya arasında yüklərin daşınmasında ən qısa yol hesab edilir. Təşkilatın daimi katibliyi Bakıda fəaliyyət göstərir.

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər