"Arsenal" prezidenti klubu tərk etdi

London "Arsenal"ının prezidenti Çips Kesvik klubu tərk etməyə qərar verib.

Bu barədə "Report" "topçular"ın mətbuat xidmətinə istinadən bildirir.

Keçmiş klub rəhbəri yeddi il boyunca paytaxt komandasına rəhbərlik edib. Bu ilin fevralında onun 80 yaşı tamam olub.

Qeyd edək ki, bundan sonra "Arsenal"ın Direktorlar Şurası dörd nümayəndədən - Sten Kronkedən, Joş Kronkedən, Lord Harrisdən və Ken Frayardan ibarət olacaq.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümü iyunun 17-də bərpa olunacaq. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər