Abşeronda 47 yaşlı qadın yol qəzasında xəsarət aldı

Abşeronda 47 yaşlı qadın yol qəzasında xəsarət aldı

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Kərimova Pərvin Yaşar qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona baş-beyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər