"Qobu Park-3" yaşayış kompleksi - VİDEO

Yeni istifadəyə verilən "Qobu Park-3" 1336 ailə üçün nəzərdə tutulub

Bu gün açılışı keçirilən “Qobu Park-3” yaşayış kompleksi məcburi köçkünlər üçün tikilən sayca 111-i qəsəbədir. 13 ədəd 10 mərtəbəli binadan ibarət olan yaşayış kompleksi 1336 ailə üçün nəzərdə tutulub.

Hər istifadəyə verilən yaşayış kompleksində sakinlərin yararlanması üçün yeniliklər yaradılır. “Qobu Park-3" yaşayış kompleksində isə məcburi köçkünlərin məşğulluğu üçün Kiçik və Orta Biznesə dəstək agentliyinin 2 iş yeri yaradılıb. Bununla yanaşı qəsəbə də xalçaçılıq sexi də inşa edilib.

Xalçaçılıq peşəsini mənimsəyənlər dəzgahlarla təmin olunacaq. Və beləliklə xalçaçılar evlərində də bu işlə məşğul ola biləcəklər.

Yaşayış kompleksindəki məktəbdə 960 şagird, bağçada isə 280 uşaq təhsil ala biləcək. Bununla yanaşı qəsəbədə sakinlərin dincəlməsi və əylənməsi üçün parklar da salınıb.


 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər