Türkiyədə karantinin yumşaldılması yeni mərhələyə keçdi - YENİLƏNİB

Türkiyədə karantinin yumşaldılması yeni mərhələyə keçdi - YENİLƏNİB
Türkiyə prezidenti R.T.Ərdoğan “COVİD-19” toplantısının ardından açıqlama verib

Türkiyədə restoran və kafelər 1 iyun tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq.

Lakin onların fəaliyyəti 22:00-a qədər mümkün olacaq. Parklar, idman mərkəzləri də 1 iyun tarixindən fəaliyyətini davam etdirə biləcək.

***21:13 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi heyət videokonfrans formatında toplantı keçirdi.

4 saatdan çox davam edən iclasda karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra yeni qərarlar qəbul edildi.

Açıqlama verən Türkiyə prezidenti bildirdi ki, pandemiya dövründə 100 ölkəyə tibbi yardım göndərilib. Ərdoğan, açıqlamasında onu da qeyd etdi ki, virusa yoluxanların sayında hazırda azalma davam edir. Qəbul edilən yeni qərara əsasən şəhərlərarası səyahət qadağası 1 iyundan etibarən bitir. Küçəyə çıxma qadağası isə bir müddət davam edəcək.

REAL-ın Türkiyə Bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər