Kamanın virtuoz ifaçısı - VİDEO

Kamanın virtuoz ifaçısı - VİDEO
Xalq artisti Habil Əliyevin doğumundan 93 il ötür

O, sadəcə ifa etmirdi,həm də yaradırdı. Ürəyinin çırpıntılarını barmaqları ilə kamana yetirərək onun tellərində özünəməxsus əsərlər yaradan Habil Əliyev. Həmdə xüsusi təqdimata ehtiyacı olamayan və yeri hər zaman görünən Habil Əliyev.

60 il birlikdə ömür sürən Şərqiyyə xanım deyir ki, 5 ildir ki, aramızda olmamağına baxmayaraq Habil müəllim bir gün belə olsa yadımızdan çıxmır.

Həmişə kamanı ürəyi, duyğuları ilə dilləndirən Habi Əliyev məzəli lətifələri, ətrafdakılara münasibəti ilə də fərqlənirdi.

Bu gün Habil Əliyevin 93 yaşı tamam olur. Hər şey elə qoyub getdiyi kimidir. Çatışmayan bir tək Habil nəfəsi, Habil səsidir.

Deyirlər ki , istedad sonradan yaranmır, gərək istedadlı doğulasan. Azərbaycan musiqi mədəniyyətində məhz bu istedadı ilə hələ sağlığında adını tarixə qızıl hərflərlə həkk edən Habil Əliyev istər virtuoz ifaçılığı istərsədə bir-birindən bənzərsiz, dillər əzbəri olan mahnıları ilə hələ uzun illər xatirələrdə Habil sayağı qalacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər