Qərar qüvvədə qaldı

Qərar qüvvədə qaldı
“A seriyası”nın iyunun 13-də başlama qrafiki dəyişmir

Futbol üzrə İtaliya A seriyası koronavirus pandemiyası üzündən dayanan 2019/2020-ci il mövsümü ilə bağlı bəyanat yayıb.

Qurum mövsümün bərpası planını təsdiqləyib. Liqanın Şurası mayın 13-də qəbul olunan qərarları qüvvədə saxlayıb.

Bu isə o deməkdir ki, A seriyasının iyunun 13-də başlaması qrafiki dəyişməz qalıb. Həmçinin, Şura A seriyası və İtaliya kubokunun bütün matçlarının keçirilməsi variantlarını da müzakirə edib. Bununla bağlı yekun qərar isə mayın 28-də idman nazirinin də qatılacağı görüşdə veriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər