Azəriqaz sayğacları dəyişir (VİDEO)

Azəriqaz sayğacları dəyişir (VİDEO)
Smart sayğaclar mexaniki sayğacla əvəzlənir

Bu ildən etibarən bütün fərdi yaşayış evlərində yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla, dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir.

“Azəriqaz” İstehsalat Birliyi vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb.

Məlumat üçün bildirək ki, bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür. Mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır.

Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir.

Həmçinin dövri yoxlama müddəti bitmiş Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur. Əgər abonent bu avans ödənişlərin bərpasını tezləşdirmək istəyərsə, onda “ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilər.

Digər xəbərlər
Bu gün
Dünən