Gəncədə evdən üzərində bıçaq xəsarəti olan meyit tapılıb - YENİLƏNİB

Gəncədə evdən üzərində bıçaq xəsarəti olan meyit tapılıb - YENİLƏNİB

Gəncədə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1957-ci il təvəllüdlü Asim Yusifov yaşadığı evdə tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

REAL


*** 10:09

Gəncə şəhərində mənzildən üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Təbriz küçəsində yaşadığı məınzildə Asim Yusifovun meyiti aşkar olunub. 

Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb. Onun qətlə yetirildiyi güman edilir.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər