Azərbaycan səfirliyi 400 ailəyə yardım etdi

Azərbaycan səfirliyi 400 ailəyə yardım etdi

Azərbaycan səfirliyinin kollektivi pandemiyanın nəticələrinin aradan qaldırılmasına töhfə vermək üçün Pakistanda 400-dən çox ailəyə ərzaq paketləri paylayıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Pakistandakı səfirliyinin rəsmi “Twitter” səhifəsində qeyd olunub.

Qeyd edək ki, Pakistanda indiyədək 57 705 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 18 314 nəfər sağalsa da, 1 197 nəfər dünyasını dəyişib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər