Zlatan İbrahimoviç ciddi zədə alıb

Zlatan İbrahimoviç ciddi zədə alıb

İtalyan "Milan" futbol klubunun forvardı Zlatan İbrahimoviç məşq zamanı əzələ zədəsi alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, zədənin ciddiliyi tibbi müayinədən sonra bilinəcək. Hazırda futbolçu məşqləri dayandırıb.

Klubda idmançının uzun müddət oyunlardan uzaqlaşdırılmasından narahatdırlar. Daha əvvəl oxşar zədəyə görə futbolçu yanvar fevral aylarında bir sıra matçları buraxmalı olub.

Z.İbrahimoviçin "Milan"la hazırki müqaviləsi 30 iyun 2020-ci ilə qədər imzalanıb. Cari mövsümdə oyunçu 10 matç keçirib, 4 qol vurub və bir qolla nəticələnən faydalı ötürmə edib.

2010 - 2012-ci illərdə "Milan"ın tərkibində oynayarkən forvard İtaliya çempionu adını və ölkə superkubokunu qazanıb. Karyerazı boyunca Z.İbrahimoviç Niderland (Ayaks), İtaliya (İnter, Milan), İspaniya (Barselona), Fransa (PSJ) çempionatlarının, "Mançester Yunayted"in tərkibində isə Avropa Liqasının qalibi olub. İsveç yığması uğrunda futbolçu 116 oyun keçirib, 62 dəfə fərqlənib və milli komandanın tarixinə ən yaxşı bombardir kimi adını yazıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən