Neftçilər xəstəxanasının dami uçub - VİDEO

Neftçilər xəstəxanasının dami uçub - VİDEO
Hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib

Bakıda güclü külək nəticəsində Neftçilər xəstəxanasının cərrahiyə şöbəsinin dam örtüyünün bir hissəsi uçub.

Xəstəxanadan REAL-a verilən məlumata görə, hazırda şöbədə heç bir xəstə yoxdur.

Hadisə xəstəxananın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsidə yerləşən hissəsində baş verib.

Polis əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən dam örtüyünün bərpası istiqamətində tədbirlər görülür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər