Ədliyyə Nazirliyində video müşavirə - VİDEO

Ədliyyə Nazirliyində video müşavirə - VİDEO
Müşavirəni Ədliyyə naziri Fikrət Məmmədov aparıb

Prezident İlham Əliyevin hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü korrupsiyanın yolverilməzliyi, qanunun tələblərinə dönmədən əməl olunması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırıqları bu gün Ədliyyə Nazirliyində keçirilən videokonfrans formatında müşavirədə müzakirə olunub. Müşavirədə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyi, cəzaçəkmə müəssisələri rəisləri və digər aidiyyəti məsul şəxslər iştirak edib. Nazir Fikrət Məmmədov

Müşavirədə ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamına əsasən bu sahədə görülən işlərə toxunub. Həmçinin, koronavirus infeksiyasına qarşı penitensiar müəssisələrdə görülən ardıcıl tədbirlərdən bəhs olunaraq covid 19 virusu aşkar edilən məhkumların əksəriyyətinin artıq sağaldığı, hazırda bütün lazımi profilaktik tədbirlərin görüldüyü və vəziyyətin daim nəzarətdə olduğu qeyd olundu.

İclasda dövlət başçısı tərəfindən yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum əfv olunaraq azadlığa buraxıldığı vurğulanıb. Həmçinin bildirilib ki, məhkumları vaxtından əvvəl şərti azadetmə institutu pandemiya dövründə geniş tətbiq olunaraq 624 nəfər azadlığa buraxılıb, 310 həbs edilmiş şəxs ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Nazir iclasda görülmüş işlərlə yanaşı, penitensiar xidmətin fəaliyyətində mövcud nöqsan və çatışmazlıqları diqqətə çatdırıb. Bildirib ki, sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər