Lənkəranda avtobuslar dezinfeksiya edilir

Lənkəranda avtobuslar dezinfeksiya edilir

Lənkəran rayonunda koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun videoformatda keçirdiyi müşavirədən sonra koronavirusla mübarizə tədbirləri daha da gücləndirilib. 

Belə ki, ŞİH-də yaradılmış Operativ Qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq diqqətdə saxlanılır, vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə düzgün riayət olunmasına nəzarət olunur, maarifləndirmə işləri aparılır. 

Eyni zamanda pandemiya mənbələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə qabaqlayıcı kimyəvi-dezinfeksiya tədbirləri görülür. Dezinfeksiya işləri "Lənkəran-Sərnişin" ASC-də gündəlik olaraq aparılır, avtobuslar hər gün səhərlər qarajda dezinfeksiya olunduqdan sonra xəttə buraxılır. 

Bundan başqa,ölkə ərazisində karantin rejiminin tələblərinin yumşalmasının rayon sakinlərində arxayınçılıq yaratmaması üçün Lənkəranda mayın 23-də əhalinin daha çox olduğu mərkəzi bazarın ətraflarında, şəhər avtovağzalı ərazisində, xüsusilə vağzalın gözləmə salonunda növbəti dəfə dezinfeksiya işləri aparılıb, vətəndaşlarla söhbət aparılaraq karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi bir daha izah olunub, ehtiyacı olan vətəndaşlara tibbi qoruyucu vasitələr və maskalar təqdim olunub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər