Qubada oğurluq edən şəxs tutulub - VİDEO

Qubada oğurluq edən şəxs tutulub - VİDEO
Saxlanılan şəxs evlərdən müxtəlif əşyalar oğurlayıb

Qubada oğurluq edən şəxs tutulub. DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun

Dəvədabanı yaşayış massivi ərazisində yerləşən evlərin birindən bir ədəd samovar, eləcə də geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalar nəticəsində oğurluq edən şəxsin Quba rayon sakini, 19 yaşlı Əli Ağabəyov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Əli Ağabəyovun ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs cari ilin may ayının əvvəlində rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan iki ədəd velosiped oğurlayıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi əşyaları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Oğurlanan əşyaların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər