Kəraçidə təyyarə qəzasının səbəbi

Kəraçidə təyyarə qəzasının səbəbi
Hadisədən bir qədər əvvəl təyyarənin mühərriyində qüsur yaranıb

Pakistanın Kəraçi şəhərində sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb təyyarənin mühərriyində yaranmış qüsur olub.

Qəza təyyarə hava limanına enməyə çalışan zaman baş verib.

Hadisə nəticəsində təyyarədə olan 98 nəfərdən cəmi 2-sinin sağ qaldığı bildirilir.

“Mən 8f nömrəli oturacaqda oturmuşdum. Qəzadan nəticəsində təyyarə yanmağa başladıqdan sonra mən kəməri açıb işıq gələn tərəfə getdim. Təxminən, 3 metr hündürlükdən özümü yerə atdım. Daha sonra təcili tibbi yardım komandası gələrək məni xəstəxanaya gətirdilər” – deyə sağ qalanlardan biri Məhəmməd Zübeyr bildirib.

Qeyd edək ki, hələlik qəzada ölən 57 nəfərin meyiti tapılıb.

Qəza zamanı “Airbus A320” təyyarəsi yaşayış məntəqəsinə düşüb.

Burada 5 ev dağılıb. Sakinlərdən 3 nəfər xəsarət alıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər