Ceyranbatanda su anbarları yenilənir (VİDEO)

Ceyranbatanda su anbarları yenilənir (VİDEO)
3 anbarda işlər yekunlaşıb, 2 anbarda isə təmir işləri aparılır

Lazımi həcmdə su ehtiyatlarının toplanmasına və istehlakçıların artan tələbatını ödənilməsində yaranan çətinliklər səbəbindən Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan suların toplandığı su anbarlarında əsaslı təmir işləri həyata keçirilir.

Layihəyə əsasən, hər birininin tutumu 2100 kubmetr olan 5 su anbarının yenidən qurulması, yeni siyirtmə kameralarının inşası, daha məhsuldar nasos stansiyalarının quraşıdırlması nəzərdə tutulur. Artıq 3 anbarda işlər yekunlaşıb, digər 2 anbarda isə işlər davam etdirlir.

Təmir işlərindən sonra itkilərin qarşısı alınıb. Hazırda su təchizatında çətinlik yoxdur.

Ümumilikdə indiyədək 240 kubmetr beton, 2700 kubmetr torpaq işləri görülüb.

Bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra bu mənbədən qidalanan ərazilərdə yaşayan əhalinin içməli su təchizatında dayanıqlıq təmin olunacaq.

Digər xəbərlər
Bu gün
Dünən