TƏBİB və BNA-nın aksiyasında 100 mindən çox tibbi maska paylanıldı - VİDEO

TƏBİB və BNA-nın aksiyasında 100 mindən çox tibbi maska paylanıldı - VİDEO
"Məsuliyyətli ol!"

Bakı Nəqliyyat Agentliyi (BNA) və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə birgə başlatdığı aksiya çərçivəsində ictimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi çərçivəsində "Nəqliyyat Könüllüləri" tərəfindən 28 May Metrostansiyası ətrafında yerləşən nəqliyyat mübadilə mərkəzi ərazisində, dayanacaqlarda və avtobuslarda vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylayıblar.

Qeyd edək ki, aksiyamız hazırda davam edir və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayırlar.

Nəqliyyat Könüllüləri həmçinin, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı "Bir Birimizi qoruyaq" aksiyasına dəstək verirlər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər