Kəraçidə təyyarə qəzaya uğrayıb

Kəraçidə təyyarə qəzaya uğrayıb
Hadisə zamanı təyyarədə 99 sərnişin və 8 ekipaj üzvü olub

Pakistanın Kəraçi şəhərində “Airbus A320” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə 99 sərnişin, 8 ekipaj üzvü olub.

Hadisə təyyarə hava limanına enməyə cəhd göstərən zaman baş verib.

Şahidlər təyyarənin limana enmək üçün 3 dəfə cəhd etdiyini bildiriblər.

Qəzaya konkrekt olaraq nəyin səbəb olduğu hələlik məlum deyil.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici komanda cəlb olunub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər