"COVID-19"un vaksini tapılmayıb - VİDEO

H.Harmancı: "Virusla bağlı 100-dən artıq vaksin sınaqdan keçirilir"

"Koronavirusun vaksinin tapılması ilə bağlı dünyanın müxtəlif yerlərində 100-dən çox vaksin sınaqdan keçirilir". Bunu ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı "REACT-C19" (REAKT-Sİ19) layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında bildirdi.

Hande Harmancı həmçinin COVİD-19-un ikinci dalğası ilə bağlı verilən suallara da aydınlıq gətirdi. O bildirdi ki, mövsümün koronavirus üzərində təsiri yoxdur, ona görə də ikinci dalğanı yaşamamaq üçün qaydalara əməl etmək mütləqdir.

"REACT-C19" (REAKT-Sİ19) layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında həmçinin Heydər Əliyev Fondunun və TƏBİB-in nümayəndələri də iştirak etdilər.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronavirusla mübarizədə "REACT-C19" layihəsinin icrasına başlanılıb. Bir aydan çoxdur davam edən və indiyə qədər 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edir. Layihə heyəti seçilmiş xəstəxanalardakı mövcüd vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanlara dəstək olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər