Dövlət agentliyi veb konfrans keçirib - VİDEO

Dövlət agentliyi veb konfrans keçirib - VİDEO
Konfrans qlobal müyəssərlik üzrə maarifləndirmə gününə həsr olunub

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı Veb konfrans təşkil edib və Elektron Hökumət üzrə İcra Qrupunun görüşü keçirilib.

Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov ölkəmizdə bu sahədə görülən işlər, Dövlət Agentliyinin bu təşəbbüsə qoşulması, əlillər üçün nəzərdə tutulan İKT həllərinin tətbiqi, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi istiqamətində digər qurumlarla birgə fəaliyyətin zəruriliyi barədə məlumat verib.

Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü təşəbbüsünün təsisçisi həmin günün formalaşma tarixi və fiziki imkanları məhdud şəxslər üçün əhəmiyyəti barədə məlumatları paylaşıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev əlillərlə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.

İştirakçılara və Elektron Hökumət üzrə İcra Qrupunun üzvlərinə “Vebdə əlçatanlıq mövzusunda” təqdimat edilib və “İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər” barədə məlumatlar paylaşılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər