Suraxanı bazarı səhmdarlarına dividend ödəyəcək

Suraxanı bazarı səhmdarlarına dividend ödəyəcək

İyulun 8-də, saat 11:00-da “Suraxanı Bazar” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq bazarın yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 7 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Suraxanı Bazar”ın ötən ilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki,“Suraxanı Bazar” 19 dekabr 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı təxminən 43 min manatdır. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər