"Qarabağ"ın legionerinin keçmiş komanda yoldaşı oyun satmaqda ittiham olunub

2011-ci ildə İtaliya A Seriyasının 37-ci turunda keçirilmiş "Bari" - "Leççe" matçının danışılmış oyun olması iddiası davam edir.

"Report"un məlumatına görə, "Tuttobari" nəşrinə açıqlama verən "Leççe"nin sabiq futbolçuları Cuzeppe Vives və Jeda məsələ ilə bağlı danışıblar. 

Karyeralarını başa vuran oyunçular görüşdə bütün futbolçuların istəkli olduğunu bildiriblər. Vives hər iki klub oyunçularının derbidə vicdanla oynadığını söyləyib. 

Həmin qarşılaşmada komandasının ilk qolunun müəllifi olan Jeda rəqib oyunçu Andrea Masyellonun ikinci qolu 80-ci dəqiqədə bilərəkdən öz qapısına vurması iddiasına belə cavab verib: "Həmin epizodu yenidən xatırlayıram, videoya baxdıqdan sonra bilərəkdən belə şey edəcəyini başa düşmürəm". 

Qeyd edək ki, həmin matçda "Qarabağ"ın sabiq futbolçusu Xayme Romero da iştirak edib və 32-ci dəqiqədə əvəzlənib. Müqavilə ilə "Udineze"yə məxsus olan ispan yarımmüdafiəçi icarə əsasında "Bari"nin formasını geyinib. 

Qarşılaşmadan öncə "Bari"nin aşağı dəstəyə düşəcəyi dəqiqləşib, "Leççe" isə 2:0 hesablı qələbə sayəsində A Seriyasında qalıb. Hazırda "Cenoa"da çıxış edən Andrea Masyellonun matçdan öncə 50 min avro aldığı iddia olunub və ona 2.5 il cəza verilib. Yarımmüdafiəçi daha sonra "Atalanta"ya keçib, bu mövsüm komanda ilə Çempionlar Liqasında oynayıb.  

"Bari" azarkeşləri indiyədək Masyelloya nifrət edir. Fanatlar sosial şəbəkələrdə "Derbi satdın, bir şəhərə xəyanət etdin. Çempionlar Liqasında necə oynaya bilərsən" ifadələrini yazıblar. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər