“AzerGold” Çovdar yatağının resurslarını 47% artırıb

“AzerGold” Çovdar yatağının resurslarını 47% artırıb

“AzerGold” QSC həyata keçirdiyi intensiv kəşfiyyat işləri nəticəsində Daşkəsən rayonunda yerləşən Çovdar qızıl və gümüş yatağınının metal resurslarını 47% artırıb. 

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumatda bildirilir ki, əvvəlcə aparılmış kəşfiyyat işləri nəticəsində Çovdar yatağının qızıl resurslarının həcmi 1 127,5 min unsiya (və yaxud 35 ton) təşkil edirdi. Hazırda yatağın üst hissəsinin istismarı çərçivəsində hasilat işləri uğurla aparılır. Yatağın dərin qatlarında filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparıb, ümumilikdə 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazıb. Nəticədə, yatağın resurları 533,5 min unsiya (və yaxud 16,5 ton) həcmində artırılıb və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib. Beləliklə, hazırda Çovdar yatağının ümumi resurslarının həcmi 1 661 min unsiya (və yaxud 51,5 ton) qızıl kimi hesablanır.

Çovdar yatağının birinci - yerüstü mərhələsinin istismarı 2017-cı ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci - dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanmasıüzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər