Bakıda evdən pul oğurlandı

Bakıda evdən pul oğurlandı

Bakıda evdə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 7-i gecə saatlarında Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Z.Zeynalovun mənzilindən 1 200 manat qızıl-zinət əşyaları oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Vəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər