Milli Məclisdə komitə iclası keçirilib - VİDEO

Milli Məclisdə komitə iclası keçirilib - VİDEO
S.Seyidov: "Pandemiya ilə mübarizədə ölkənin gördüyü işlərlə fəxr edirik"

Biz bu gün görürük ki, dünyada pandemiya ilə bağlı hansı problemlər yaşanır. ABŞ-da, Avropada. Ancaq bu gün pandemiya ilə mübarizədə Azərbaycanın gördüyü işlərlə fəxr edirik.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin iclasında bildirdi.

Komitənin sədri çıxışında fevralın 25-də Azərbaycan və Türkiyə hökumətləri arasında Bakıda imzalanmış Sazişlər və Əlavə Protokol xatırladaraq qeyd etdi ki, “Bu sənədlər Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir."

Sonra Səməd Seyidov Azərbaycan və Türkmənistan hökumətləri arasında bu il martın 11-də Bakıda imzalanmış sənədlər barədə məlumat verib.

Müzakirələrdə Sabir Rüstəmxanlı, Ramil Həsən, rəy və təkliflərini bildirib və komitəyə təqdim olunmuş bütün sənədlər Azərbaycanın milli maraqlarına uyğun olduğunu qeyd ediblər.

Komitədə baxılan Azərbaycanla Türkiyə və Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Sazişlərin və Protokolların təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin iclasında 7 məsələyə baxılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər