Azərbaycan klubları Libertadores Kubokunun qalibinə təklif göndərib

Azərbaycan klubları Libertadores Kubokunun qalibinə təklif göndərib

Azərbaycan klubları kolumbiyalı futbolçu Alexandro Bernala təklif göndərib. 

"Report" xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi "Ligadeportiva" nəşrinə açıqlamasında bildirib.

Lakin o, komandaların adlarını çəkməyib. Forvard başqa klublardan da təkliflərin olduğunu söyləyib. Bernal deyib ki, hansısa komandanın təklifini qəbul etməzdən əvvəl nəzərə alınmalı çox şey var. 

Qeyd edək ki, Alexandro Bernal son olaraq ölkəsində "Atletiko Bukaramanqa" klubunun formasını geyinib. Hazırda azad agent olan oyunçu 2014-cü ildə "Atletiko Nasyonal"ın heyətində Kolumbiya liqasının, 2012, 2013 və 2016-cı illərdə isə ölkə kubokunun qalibi olub. Bernal 2016-cı ildə bu komanda ilə Libertadores Kubokunu da qazanıb. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən