Aqrar Sığorta Fondu ekonom nəqliyyat vasitələri alır

Aqrar Sığorta Fondu ekonom nəqliyyat vasitələri alır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu ekonom sinifə aid nəqliyyat vasitələrinin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 12-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 23-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalına təqdim edə bilərlər. Əlaqələndirici şəxs  Elgün Mədətlidi (Telefon: (077) 200-60-00).

Tenderin nəticələri iyunun 24-də, saat 15:00-da portalda açıqlanacaq. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən