Neftin qiyməti aylıq rekordu vurdu - VİDEO

Neftin qiyməti aylıq rekordu vurdu - VİDEO
"Qara qızıl"ın dəyəri təxminən 4 faiz artdı

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Elkspertlər bahalaşmaya iki xəbərin təkan verdiyini deyirlər. Bunlardan birincisi neft sənayesi xidmətlərinin göstərilməsində ixtisaslaşmış "Baker Hyuz" şirkətinin verdiyi xəbər olub. Şirkətin məlumatına əsasən ABŞ-da neft və qazın hasilatı üçün istifadə olunan qazma qurğularının sayı doqquzuncu həftədir ki, davamlı olaraq azalmağa davam edir və 1940-cı illərdən bəri ən aşağı səviyyəyə enib. Belə ki, ötən həftə neft-qaz qazma qurğularının sayı 35 vahid azalaraq 339 ədəd təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə ABŞ-da 987 neft və qaz qazma qurğusu fəaliyyət göstərib. Məhz qazma qurğularının sayı hesabına, yaxın zamanda hasilatla bağlı vəziyyəti müəyyənləşdirmək mümkün olur.

Qeyd edək ki, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,06 dollar artaraq 33,56 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,32 dollar bahalaşaraq 30,75 dollar təşkil edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı xam neftin qiyməti 1,76 ABŞ dollar, yaxud 5,68% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 32,77 ABŞ dolları təşkil edir.

Dünya bazarlarında təbii qaz da yenidən bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

İyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə 4,58% artaraq 1,711 ABŞ dolları təşkil edib.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər