Azərbaycanda qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, mayın 18-də qızılın qiyməti mayın 15-i ilə müqayisədə 50,456 manat artaraq 1 unsiya üçün 2993,097 manat təşkil edib.

Gümüş 1,9347 manat bahalaşaraq 1 unsiya üçün 29,1942 manata bərabər olub.

Platinin qiyməti 66,801 manat artaraq 1377,442 manat, palladiumun qiyməti 187,714 manat artaraq 3322,344 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər