Şəmkirdə kafedə yanğın olub

Şəmkirdə kafedə yanğın olub
Qaz balonu anidən alışıb

Şəmkirdə kafe yanıb.

REAL Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Şəmkir rayonunda ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan 2 ədəd məişət qaz balonunda ani alışma baş verib.

Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər