Əmanətə sədaqət - VİDEO

Əmanətə sədaqət - VİDEO
Bağlanan bankların əmanətçılərə gələn aydan kompensasiya alacaqlar

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.
“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək. Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

Filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunması üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqini əlavə 9 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Azərbaycan bu məsələdə dünyanın ən mütərəqqi qanunvericiliyinin olduğu ölkəsi hesab oluna bilər.

Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilmiş “AGBank” və NBC bank-ın da əmanətçiləri ilə bağlı qərar veriləcəyi gözlənilir.

Azərbaycanda bu il 4 bankın lisenziyası ləğv edilib və digər banklarda da yoxlamalar davam etdirilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər