"Yuventus"un futbolçusu: "Kriştianu Ronaldu qatildir"

"Kriştianunun oyun tərzi gənc yaşları ilə müqayisədə dəyişib".

"Report"un məlumatına görə, bu fikirləri İtaliyanın "Yuventus" klubunun futbolçusu Corco Kyellini "goal.com"a açıqlamasında komanda yoldaşı Kriştianu Ronaldu barədə danışarkən deyib.

İtaliyalı müdafiəçi bildirib ki, 35 yaşlı hücumçu böyük matçlarda qazandığı təcrübə syəsində daha da güclənib: "O, qatildir. Kiçik klublarla oyunlarda parlaq çıxış etməyə bilər. Böyük qarşılaşmalarda isə inanılmazdır. Ronaldu Çempionlar Liqasına daha ciddi köklənir. Matçların intensivliyini və əhəmiyyətini hiss edir. Bu isə onun mühərrikini işə salır".

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm A Seriyasında 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Digər turnirlərdə isə 4 dəfə rəqib qapılarına yol tapıb.

Digər xəbərlər
Bu gün
Dünən