Azərbaycanda ötən il dini siyasətin reallaşdırılmasına büdcədən 10 milyon manat ayrılıb

Azərbaycanda ötən il dini siyasətin reallaşdırılmasına büdcədən 10 milyon manat ayrılıb

2019-cu ildə müasir Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq modelinin, dövlət-din münasibətləri konsepsiyasının uğurla həyata keçirilməsi, dini icma və konfessiyaların birgə fəaliyyətinə dövlət qayğısının davamı olaraq dövlət büdcəsindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 1 milyon manat, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fonduna 8,1 milyon manat, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinə isə 0,8 milyon manat vəsait ayrılıb.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, dini siyasətin reallaşdırılmasına büdcədən 10 milyon manat ayrılıb. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər