Azərbaycan düyü idxalına çəkdiyi xərci 3% azaldıb

Azərbaycan düyü idxalına çəkdiyi xərci 3% azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 14,2 milyon ABŞ dolları dəyərində 21,3 min ton düyü idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 411 min ABŞ dolları (2,8%) az və 4 min ton (22,9%) çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,4%-ni təşkil edib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər