Çində iqtisadi fəallıq bərpa olunur

Çində iqtisadi fəallıq bərpa olunur
Apreldə xalis məhsul istehsalı 3.9 faiz artıb

Çində müəssisələr tədricən normal fəaliyyətini bərpa edir.

Çin milli statistika bürosundan verilən məlumata görə, aprel ayında xalis məhsul istehsalı 3.9 faiz artıb.

“Nəzərə alsaq ki, xaricdə virusa yoluxma halları davam edir, milli iqtisadiyyatın bərpa prosesi hələ ki, çoxsaylı çətinliklərlə qarşı-qarşıyadır” – deyə büronun mətbuat katibi Lyu Ayhua bildirib.

Qeyd edək ki, koronavirus ilk dəfə Çinin Uhan şəhərinda baş qaldırıb.

Çində virusdan ölənlərin sayı 4633 nəfərə çatıb.

83 minə yaxın insanın virusa yoluxduğu aşkarlanıb.

Artıq 1 aydır ki, ölkədə koronavirusdan ölüm faktı qeydə alınmır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər