Belarus klubunun bir neçə üzvündə koronavirus aşkarlandı

Belarus klubunun bir neçə üzvündə koronavirus aşkarlandı

Belarusun "İsloç" klubunun bir neçə üzvü koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə yüksək liqa təmsilçisinin hücumçusu Momo Yansane şəxsi "Twitter" səhifəsində yazıb.

Qvineyalı futbolçu bildirib ki, bununla bağlı bir neçə günlük karantin müddəti tətbiq olunmalıdır: "Onlara möhkəm can sağlığı arzulayıram. İstərdim ki, oyunlara davam etməzdən əvvəl müəyyən təhlükəsizlik tədbirləri görülsün".

Qeyd edək ki, Belarusda daha əvvəl "Arsenal" klubunun futbolçusunda koronavirus aşkarlanıb, 2 oyun isə bu səbəbdən təxirə salınıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər