"Qarabağ"ın istədiyi qapıçı klubundan ayrılır

"Qarabağ"ın mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias Argentinanın “Boka Xuniors” klubundan ayrılır. 

"Report" "İnfobae" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı qolkiperin iyunun sonunda başa çatan müqaviləsi yenilənməyəcək.

Argentinalı oyunçunun Avropada çıxış etmək ehtimalının olduğu və İspaniya La Liqasındakı "Leqanes" klubunun onunla maraqlandığı iddia olunub. 

Qeyd edək ki, Argentinada mövsüm koronavirus pandemiyasına görə vaxtından əvvəl yekunlaşıb. "Qarabağ" yeni mövsümdən heyətinə yeni qapıçı cəlb etmək niyyətindədir. Markos Dias 2019-cu ilin avqustunda Ağdam təmsilçisinin təklifini geri çevirib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər