BOK Azərbaycana 800 milyon dollar vəsait ayırıb

BOK Azərbaycana 800 milyon dollar vəsait ayırıb

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasının iqtisadi nəticələrini minimuma endirmək üçün 800 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

"Report"un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Bax açıqlama verib. O bildirib ki, vəsaitin 650 milyon ABŞ dolları Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması ilə əlaqədar xərclərin qarşılanmasına, 150 milyon ABŞ dolları isə xüsusi fonddan olimpiya hərəkatına, federasiyalara və milli olimpiya komitələrinə kredit formasında sərf olunacaq. 

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər