Sabahın havası

Sabahın havası

Mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Milli Hidrometeorologiya Xidmətindən REAL-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz  20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir.  Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər